Simurg MMC-ə mobiloqraf tələb olunur.
Simurg MMC ictimai iaşə sferasında fəaliyyət göstərir və "Second cup" kofeşop şəbəkəsini təmsil edir. Şirkət 10 ildən çoxdur ki, fəaliyyət göstərir və "Second cup" brendinin Bakı şəhərində 10 filialı mövcuddur.
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial şəbəkə hesabları üçün video və foto çəkilişlərin həyata keçirilməsi;
- Reels, story və digər qısa video kontentlərin hazırlanması və montajı, kontent ideyalarının verilməsinə dəstək göstərilməsi;
- Foto və video materiallarının montaj və redaktə işlərinin aparılması;
- Trendlərin izlənilməsi, trend video çəkiliş metodlarının kontent strategiyasına tətbiqi;
- Marketinq və satış komandası ilə sıx əməkdaşlıq edərək məhsul və xidmət tanıtımı üçün ideyalar təklif etmək.
İş şəraiti:
· İş yeri: Second cup və The bagel bar coffee house filialları
· Həftəlik 5 günlük iş qrafiki
· Əmək haqqı 600-700 AZN
Maraqlanan namizədlər CV-lərini cv@simurg.co.az email ünvanına mövzu başlığında “Mobiloqraf” qeyd etməklə göndərə bilərlər.
· Müvafiq sahə üzrə 1-2 il təcrübə (portfolionun da göndərilməsi arzuolunandır);
· Ünsiyyətcillik, məsuliyyətlilik, kreativlik və komanda ilə işləmək bacarığı;
· İnstagram, Capcut edit alətləri üzrə biliklər;
· Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
· Xarici dil bilikləri (İngilis dili biliyi) üstünlükdür.


Baku 




Telegram
Facebook
Linkedin