Merçendazyer
Retailor LLC Baku Sales
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İş yeri: Amburan / Sea Breeze ərazisi
İş müddəti: 3 aylıq sezonluq
İş qrafiki: Altı günlük iş həftəsi

Şirkət məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə satışın artırılması məqsədi ilə açılış və düzülüşlərinin gerçəkləşməsini təmin etmək, məhsulu satışa hazırlanmasını və realizə edilməsinə təmin etmək, qiymətinin kontrol edilməsi, məhsula satış görünüşünü vermək.

Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü təmin etmək, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmaq.

Satış nöqtəsində hərəkət istiqamətinə görə rəff başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünü təmin etmək, məhsul qruplarının hamısını birlikdə açılışına və düzülüşünə çalışmaq.

Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq rəqib firma aksiyaları və eləcə də iş yeri haqqında öyrənmək, rəff payı və penetrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki çatışmazlıq barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etmək.

Şirkətin təqdim etdiyi uniformanı təmiz saxlamaq və geyim qaydasını pozmamaq.

Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək.

Daim şirkətin mənafeyini və imicini qorumaq.

Tələblər

Təhsil - Ali.

Yaş – 24 - 30 (Xanım və Bəy)

Məsuliyyətli və punktual olmaq
Komandada işləmə bacarığı
Aktiv və çevik olmaq
Təcrübə arzuolunandır

 

Ümumi məlumat
Əlavə edilib: 31-05-2026
Əmək haqqı: 600 - 1000 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: hr@retailor.company
CV göndərmək

Vakansiya axtarışı